Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Aqil Abbas: “Kim məni parlamentdə görmək istəyirsə, ərizə versin...”

1 035
Paylaş:
Aqil Abbas: “Kim məni parlamentdə görmək istəyirsə, ərizə versin...”

“Növbədənkənar parlament seçkilərində iştirakla bağlı seçicilərin rəyini öyrənib, ona uyğun addım atacam”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Mən üç dəfə deputat seçilmişəm və demişəm ki, kim məni parlamentdə görmək istəyirsə, ərizə versin. Bu dəfə də insanların rəyini öyrənəcəm, onlarla görüşəcəm. Əgər desələr ki, daha bəsdir, qoy təzəsi olsun, onda çıxıb evimə gedəcəyəm” – A.Abbas qeyd edib.

Qeyd: Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

Paylaş:

Ən son xəbərlər