Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs kassasiya şikayəti verdi

597
Paylaş:
Arvadının başını kəsib, oğluna xəsarət yetirən şəxs kassasiya şikayəti verdi

Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 2-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 


 
Qeyd: Hadisə 2021-ci ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovu qətlə yetirib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Daha sonra A.Əhmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər