Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda 397 minlik dələduzluq edən şəxslə bağlı yenidən məhkəməyə müraciət edildi

593
Paylaş:
Bakıda 397 minlik dələduzluq edən şəxslə bağlı yenidən məhkəməyə müraciət edildi

Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 2-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib. 

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayət və protesti təmin etməyib. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər