Göygöldə 2 yaşlı uşağa müxtəlif dərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.