İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir. Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa VII çağırış parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat internet üzərindən gələn təhdidlərlə görə qanunvericiliyə dəyişikliklər təklif edir
Onun sözlərinə görə, hibrid təhlükələr bu gün Azərbaycan üçün ciddi narahatlığa çevrilib: “Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradırlar. Bu istiqamətdə qanunvericilik bazasını daha da təkmilləşdirmək barədə düşünməliyik”.