BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Əmiraslanov: “Aparıcının biri bahalı maşınından mənə güldü ki, Əməkdar artistsiniz, niyə mopedlə gəzirsiniz?”

Əməkdar artist Zaur Əmiraslanov da paytaxtdakı tıxaclardan şikayətlənib, şəhərdə mopedlə gəzdiyini deyib. 

 

Pravda.az xəbər verir ki, bu barədə “ARB TV”də yayımlanan “Günə bax” verilişində danışan sənətçi bildirib ki, tıxacda çox qalıb və aqressiyası da elə bundan yaranıb. 

 

“Şəhərdə moped vasitəsilə hərəkət edirəm. Heç kimə ziyanım yoxdur, hər kəsə də tövsiyə edirəm ki, şəhərin içində yaxın məsafələrə gedirlərsə, ancaq mopedlə getsinlər. Özünü göstərmək, başqa məqsədlər üçün mopeddən istifadə edirsənsə, riskdir. Amma niyyətində səliqə ilə hansısa ünvana getməkdirsə, sağ-salamat çatırsan. Onsuz da yaşamaq özü riskdir. Bir dəfə kanallardan birinə gedəndə aparıcının biri böyük bahalı maşınından düşdü, hətta mənə güldü ki, Əməkdar artistsiniz, siz niyə mopedlə gəzirsiniz? Bir söz var - mənə gülürsünüz ki, sizin kimi deyiləm, amma mən sizə gülürəm ki, hamınız eynisiniz...” 

 

Aytəkin Qardaşova 

Tarix: 30 Sentyabr 2024, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin