BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxslə bağlı hökmün icrası prosesinə münasibət bildirib

"2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir".

 

Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib:

 

"Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək", - o deyib./APA

Tarix: 1 Oktyabr 2024, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin