BURADA REKLAMINIZ OLA
BİLƏR

MÜSİAD Azərbaycanın üzvü Nicat Hüseynovun rəhbəri olduğu şirkət cərimələndi

“Ata Pack” MMC məcburi auditdən yayındığına görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

 

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

 

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. 

 

Qeyd edək ki, “Ata Pack MMC” etiket çapı və qablaşdırma sahəsində fəaliyyət göstərən şirkətdir. 961 000 manat nizamnamə kapitalına malik olan şirkətin təsisçisi və baş direktoru, MÜSİAD Azərbaycanın üzvü Nicat Hüseynovdur.

Tarix: 1 Oktyabr 2024, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin