BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizədlərə aid TƏLƏBLƏR

Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, namizədlərin irəli sürülməsi prosesi başlayıb. Qeydə alınan namizədlərin təşviqat kampaniyası da yanvarın 17-də başlayacaq.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər bunlardır:

 

1. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

 

2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.

Tarix: 7 Dekabr 2019, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin