BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məktəbin qazanxanasında partlayış - YENİLƏNDİ

Bakıda məktəbin qazanxanasında baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.

 

Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.

 

Hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 27 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

***

12:14

 

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

 

Hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

 

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

 

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

 

42 saylı tam orta məktəbdən APA-ya verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub:

 

"Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək".

 

Qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Tarix: 1 Oktyabr 2024, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin