Azərbaycanda dünyasını dəyişən insanlar arasında əmək qabiliyyətli yaşda olanların payında artım müşahidə edilir. Sfera.az xəbər verir ki, 2000-ci ildə dünyasını dəyişənlərin 26 faizi, 2013-cü ildə 30 faizi əmək qabiliyyətli yaşda olduğu halda, 2023-cü ildə dünyasını dəyişənlərin (60 150 nəfər) 35 faizi, yəni 21 284 nəfəri əmək qabiliyyətli yaşda olub.
Əmək qabiliyyətli yaşda ölənlərin xüsusi çəkisinin artmasının əsas səbəbi pensiya yaşının artırılması ilə bağlıdır. Əvvəlki illərdə kişilər 59 yaşda, qadınlar isə daha tez pensiyaya çıxa bilirdi. 2023-cü ildə isə kişilər 65 yaşda, qadınlar 63.5 yaşda pensiyaya çıxa bilib. Əmək qabiliyyətli yaş dövrünün böyüməsi dünyasını dəyişənlərin xüsusi çəkisinin də artmasına səbəb olub.