"N" saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.
Hərbi Prokurorluğun araşdırması nəticəsində N.Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.