Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Sahibkara protokol yazılmasının səbəbi məlum oldu

595
Paylaş:
Sahibkara protokol yazılmasının səbəbi məlum oldu

Sahikar Quliyeva Sərfinaz Mədəd qızına inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Sahibkar Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin qərarından şikayət verib.


İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər