Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanıldı

559
Paylaş:
Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanıldı

Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Pravda.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər