Biləsuvar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İman Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfayıl Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və İman Əsədov məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, hadisə 27 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb.