Bərdədə yaşayış evinə ildırım düşüb.
Hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beş otaqlı evə ciddi ziyan vurub.
Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıblar. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.