"Şəbnəmi çox şişirtdik. Çox böyük səhv addımlar atdı. Bunlar mənə keçməz. Şəbnəmin səhnə stajının iki qatı qədər stajım var. Şəbnəm 10 ildir oxuyur, mən isə 24 ildir bu sahədəyəm. Ölkənin ən qaymaq müğənniləri ilə çalışmışam".
Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) verilişində deyib. O, müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqaldan danışıb. Tolik bildirib ki, Vəfanın tərəfini tutmasına görə Şəbnəm onu hədələyib: