Sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə və investisiya təşviqi sənədi verilmiş layihəsini digər sahibkara ötürə bilə biləcək.
Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik tərəfindən 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirlik tərəfindən qəbul edilmiş inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər: