Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kişi “rezaq”la həmyerlilərinə xəsarət yetirdi - HÖKM

1 125
Paylaş:
Kişi “rezaq”la həmyerlilərinə xəsarət yetirdi -     HÖKM

Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Murad Muradovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Taleh Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və Murad Muradov məhkəmə iclas zalından azadlığa buraxılıb.


İttihama görə, hadisə 10 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin mərkəzində yerləşən “OBA” marketin qarşısında qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan rayon sakini, 1996-cı il təvəllüdlü Murad Muradov həmin kənd sakini, zərərçəkmiş Əbdül Bayramovla (şərti) mübahisə edib. Bu zaman o, “rezaq”la qəsdən zərərçəkmişin sol qolundan vuraraq ona xəsarət yetirib. Sonra Əbdülün həmkəndlisi, zərərçəkmiş Qulam İslamov (şərti) onları ayırmaq istəyib. Lakin bundan hiddətlənən Murad həmin “rezaq”la Qulamın üzünün sol nahiyəsindən zərbə endirib.


Hadisədən sonra Murad Muradov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər