Ali Məhkəmədə Xırdalanda həyat yoldaşını öldürməkdə və oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilən Ağaməhəmməd Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Qeyd: Hadisə 2021-ci ilin dekabrında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü A.Əhmədov yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovu qətlə yetirib, oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.