Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda 3,2 milyon manatlıq dələduzluq işi ilə bağlı şirkət rəhbərlərindən xəbər var

669
Paylaş:
Bakıda 3,2 milyon manatlıq dələduzluq işi ilə bağlı şirkət rəhbərlərindən xəbər var

"İdeal-V” tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədovla təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: 2017-ci ilin iyun-avqust aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanan araşdırma zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3.206.310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Zərərçəkmişlər bildiriblər ki, “İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib.

Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərşəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər. 

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər