Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Siyasi partiyalarla bağlı qərar verilir

630
Paylaş:
Siyasi partiyalarla bağlı qərar verilir

Kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilir.

Paylaş:

Ən son xəbərlər