Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Mavi”, “Levis”, “Colins”, "Greyder” brendlərinin daxil olduğu şirkətə yazılan protokola baxılacaq tarix açıqlandı

672
Paylaş:
“Mavi”, “Levis”, “Colins”, "Greyder” brendlərinin daxil olduğu şirkətə yazılan protokola baxılacaq tarix açıqlandı

"Setexgroup" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası oktyabrın 8-də keçiriləcək.

Qeyd: “Mavi”, “Levis”, “Colins”, "Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand” kimi  markalar “Setex Group” tərəfindən təqdim edilir.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər