Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk

727
Paylaş:
Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk


Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı - Alman Birliyi Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

“İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Paylaş:

Ən son xəbərlər