Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi Novella Cəfəroğlu Partiya tərəfindən istefasının qəbul edilmədiyi barədə iddialara münasibət bildirib.
N.Cəfəroğlu Pravda.az-a açıqlamasında deyib ki, qəbul etsələr də, etməsələr də, artıq istefasını verib: “Bilmirəm, istefamı vermişəm, mənə deməyiblər ki, istefam qəbul olunub, ya yox. Amma İsa Qəmbərlə də, digər dostlarımla da danışırıq, söhbət edirik. Mənə və Müsavata qarşı çox əxlaqsız sözlər dedilər. Yenə də deyirəm, buna görə istefa verdim ki, hamı sakitləşsin. Bu gün ölkə üçün o qədər mühüm məsələlər var ki. Siyasətdə bu gün bu müzakirə olunmursa, deməli, siyasət ölüb. Novellanın Müsavatdan gedib-getməməsi müzakirəyə çevrilməməlidir. Novellanın dedi-qodusunu etmək, doğrudan da, ayıbdır”.