Gəncə Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nizam Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri növündə cəza təyin edilib.
İttihama görə, 20 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Gəncə şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.