BURADA REKLAMINIZ OLA
BİLƏR

50 manat borca görə tanışını döyən şəxsə hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Malik Sabitovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Aygün” mərasim evinin arxasında qeydə alınıb.


Belə ki, Malik Sabitov tanışı, zərərçəkmiş Amil Dəmirovla mübahisə edib. Mübahisəyə zərərçəkmişin ondan aldığı 50 manat borc pulu geri qaytarmaması olub. Bu zaman o, Amilin qəsdən ağız nahiyəsinə yumruqla zərbə vuraraq, ona xəsarət yetirib.


Hadisədən sonra Malik Sabitov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin