Milli Məclisin sabiq deputatı İqbal Məmmədov son 15 gündə "Kaspi Yıldız" şirkətinə görə dövlətə olan milyonlarla borcunu ödəyib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, illərdir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10 milyon manata yaxın borcu olan İqbal Məmmədov parlament seçkilərindən sonra 8 milyon 123 min 438 manat 13 qəpik ödəyib.
Əldə etdiyimiz məlumata görə, sabiq deputata məxsus "Kaspi Yıldız" şirkətində külli miqdarda vergidən yayınma halları qeydə alınıb.