Məktəb və ofis ləvazimatlarının tədarükçüsü “İnci Group of Companies” QSC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü (Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.