Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Naxçıvana getmək istəyənlərə xəbər

1 265
Paylaş:
Naxçıvana getmək istəyənlərə xəbər

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

AZAL-dan Pravda.az-a verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd etməliyik ki, 7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixindən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.

Paylaş:

Ən son xəbərlər