Sabir Kamal oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
Sabir Hacıyev 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əməkdar hüquqşünasdır. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləyib. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.