Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycana qarşı səsləndirilən qərəzli ifadələrlə bağlı bəyanat yayıb.
Pravda.az xəbər verir ki, bəyanatda deyilir:
"Fransanın Villers-Cotterêts və Paris şəhərlərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilmişdir.
Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini, siyasi alət rolunu oynadığını nümayiş etdirir.
Beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatınə fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa Hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edir.
Bakı Təşəbbüs Qrupu xatırladır ki, Kanaki-də (Yeni Kaledoniya) Kanak xalqının hüquq və azadlıqlarının Fransa Hökuməti tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyalarına cavab olaraq, 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalırlar.
Mao`hi Nui-də (Frans Polineziyasında Fransa hökuməti azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunu hər vəchlə bağlanmasına çalışır.
Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsi qadağan edir.