Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident fərman imzaladı

5 951
Paylaş:
Prezident fərman imzaladı

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan vəsait azaldılıb.

Pravda.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat 70 milyon manata endirilir.

Paylaş:

Ən son xəbərlər