Son vaxtlar telekanallarda qonaq olan sənət adamlarının dilindən tez-tez kişi-qadın münasibətlərinə dair fikirlər eşitmək olur. Onlar adətən "Kişi qazanmalı, evə mütləq kişi baxmalıdır" məzmunlu hökmlər verirlər.
Bu məsələ cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri iddia edir ki, hər kişi milyon qazana bilməz. Hamı nazir, müdir ola bilməz. Hərənin bir şansı var, tək kişi qazanmalıdır demək, bunu təbliğ etmək düzgün deyil. Məsələ ilə bağlı yenisabah.az-a danışan Aşıq Namiq Fərhadoğlu bildirib ki, xanımların çalışıb ailəsinə dəstək olmasında heç bir problem yoxdur, əksinə bu, yaxşı haldır:
"Bu cür məsələlərin efirdə müzakirə olunması gülüncdür. Kişi həmişə pul qazanıb. Mən gədəbəyliyəm, ta qədimdən bizdə atam işləyib, evi saxlayıb, mən gözümü açandan bu cür görmüşəm. Biz həmişə belə görmüşük. Amma bu gün vəziyyət fərqlidir, bəzən kişi ilə bərabər xanımı da müəllim, həkim, dərzi kimi işləyir. Burada nə var? Xanımın da çalışmağının nəyi pisdir?"