Oktyabrın 6-da gecə saat 2 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı yetkinkinlik yaşına çatmayan Ə.N-nin (şərti) rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu Qurban Məlikova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.