“Müğənninin işi çox çətindir. Günümüz əsəb, stresslə keçir. Toylarda 500 adamla qarşılaşırıq. Hərəsi bir hava çalır”. Bunu Musavat.com-a açıqlamasında müğənni Mətanət Əsədova deyib.
Müğənni musiqiçilərin işinin ağırlığından gileylənib. O, toya gedən sənətçilərdən vergi istənməsindən də danışıb:
“Nə qazanıram ki, vergi verim. Elə müğənni var ki, toya çox baha qiymətə gedir, vergini onlar versin. İndi o toylar yoxdur. Camaatın vəziyyətini hamı bilir. Toysuz mənə çətindir. Başqa gəlir mənbəyim yoxdur. Oxumasam, fəlakət yaşayaram”.