Dövlət başçısı İlham Əliyev Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəsini və əldə etdiyimiz uğurları hazırda bərbad vəziyyətdə olan işğalçı Ermənistanla müqayisə etdi. Ölkə rəhbəri vurğuladı ki, düşmən ölkə virusla qətiyyən baş edə bilmir, yoluxanların sayı Azərbaycandan qat-qat çoxdur. Artıq Ermənistan bir sıra xarici dövlətlərə yardım üçün müraciət edib. Düşmən ölkədə pandemiyanın yaratdığı acınacaqlı vəziyyət, çökmüş iqtisadi durum və insanların panika içində olması Rusiya və digər xarici KİV-lər vasitəsi ilə də gündəmə gətirilir. Hətta Ermənistan müxalifəti də hökumətin çarəsizliyini vurğulayaraq, Paşinyanı ciddi tənqid edirlər.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
Deputat belə ağır vəziyyətdə olan bir ölkə nəyə güvənərək hələ də cəbhədə təxribatlara əl atır, atəşkəsi və danışıqlar prosesini mütəmadi pozur, hətta yeri gələndə Azərbaycana “meydan oxuyur”?! Məgər düşmən ölkənin yarıtmaz rəhbərliyi Ermənistanın hərtərəfli uçuruma yuvarlandığının fərqində deyilmi sualına - bu, yüz illərdir davam edən və dərmanı, vaksini hələ də tapılmayan "erməni xəstəliyi"ndən, erməni şovinizmindən, erməni nifrətindən, erməni xislətindən qaynaqlanır, cavabını verib:
"Onlar elə bir bəlaya, elə bir virusa, elə bir sağalmaz xəstəliyə yoluxub və ya özlərini yoluxdurublar ki, hələ də onun cəngindən, əsatərindən qurtula bilmirlər. Odur ki, orada kim “Putin Əsəddən imtina etdi” – hamısı eyni xətti, eyni fitnəkar və eyni təxribatçı, nasist, faşist, rasist, terrorist siyasəti yeridir. Nasizmi, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsində qaldırır, daha da gücləndirir. bu, onların "xəstəliyi"ndən, mahiyyətindən, "dəyərləri"ndən irəli gəlir. Bu səbəbdən, guya demokrat, yeni ruhlu, yeni düşüncəli, modern siyasətçi qiyafəsində və libasında hakimiyyətə gəldiyini iddia edən bədnam və sərsəm Nikol Paşinyan da qəddar hərbi xunta rejimin daşıyıcılarından, 20 və 21-ci əsrin hərbi canilərindən, koçaryanlardan, sarqsyanlardan, ohanyanlardan, digər yanlardan fərqlənmir və fərqlənmədi, əksinə, onlardan daha betər, daha avantürist biri kimi özünü çox qısa müddətdə həm ölkə, həm də dünya ictimaiyyətinə tanıtdı... Eyni ritorika, eyni üslub, eyni dəst-xətt... Dəyişən, dəyişəcək, heç nə yoxdur və görünmür... Paşinyan küçə, inqilab, çevriliş yolu ilə Qərbdəki "dayı"larına arxalanaraq, icrası mümkün olmayan fantastik, reallıqdan uzaq vədlərlə hakimiyyət gəlmişdi. Xunta rejimindən bezənlər də xilaskar kimi onu görmüş və qəbul etmişdilər. Ancaq cəmi bir neçə aydan sonra digər erməni siyasətçiləri kimi, bu başabəla siyasətçinin də onları aldatdığını, Paşinyanın da digərlərindən fərqlənmədiyini və fərqlənməyəcəyini gördülər, məyusluğa düçar oldular. Tez-tez ölkə daxilində olan lokal qarşıdurmalar da, kükrəyən qəzəb dalğası da məhz Paşinyana olan etimadsızlığın, nifrətin əlamətlərinin göstəricisidir”.