BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda FACİƏ: Paraşütçü yerə çırpılıb öldü

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

 

Hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

 

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

 

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

 

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır./APA

Tarix: 7 Oktyabr 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin