Ali Məhkəmədə rüşvət almada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub. Ali Məhkəmə isə qərarı tamamilə ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
Qeyd: B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktbə müəllim vəzifəsinə təyin edib.
İstintaq dövründə B.Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov