Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qəbələdə ov tüfəngi ilə ehtiyatsız davranan şəxsin qolu amputasiya edildi

612
Paylaş:
Qəbələdə ov tüfəngi ilə ehtiyatsız davranan şəxsin qolu amputasiya edildi

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.


Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib.


Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.


Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.


Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər