Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" əmək hüquqlarını pozub - PROTOKOL

661
Paylaş:
"MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" əmək hüquqlarını pozub -     PROTOKOL

"MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Rüstəmov Mədəd Nadir oğluna inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-ci (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Baxış iclası oktyabrın 11-də keçiriləcək.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər