Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

ABŞ və Azərbaycan arasında vəziyyət gərginləşir: ""Greencard"a müraciətin məhdudlaşdırılması təklif oluna bilər"

1 886
Paylaş:
ABŞ və Azərbaycan arasında vəziyyət gərginləşir:     ""Greencard"a müraciətin məhdudlaşdırılması təklif oluna bilər"

"ABŞ-nin və Azərbaycan Respublikasının bir-birinə sanksiya tətbiq etməsi nəticəsində, şübhəsiz ki, iki dövlət arasında münasibətlər xeyli dərəcədə pisləşəcək. "Greencard"a müraciətin məhdudlaşdırılması da təklif oluna bilər, lakin hesab edirəm, tərəflər çalışmalıdırlar ki, münasibətlərin pisləşməsinə getməsinlər, adekvat tədbirlər görsünlər".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 
""Greencard"a müraciətin qadağan olunması bir qədər humanitar sahədə problemlər də yarada bilər. Bu məsələlər siyasi, insan hüquqları baxımından baş verirsə, humanitar təsirlərə malik olan qadağalar qoyulmamalıdır. "Greencard"a qadağa qoyulmamalıdır. Çünki vətəndaşların sərbəst yerdəyişmə hüquqları var. Bu, beynəlxalq hüquqla da tanınır. Həm də küsəndə barışıq üçün də yer saxlamaq lazımdır...", - o bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər