"Araz" marketlər şəbəkəsinin 8 km ərazisindəki filialından alınan yumurtalardan bu dəfə qurdlar çıxıb. Bakupost.az xəbər verir ki, Ülviyyə adlı alıcı plasmas qablaşmada olan 10 ədəd yumurtanı açanda birinin çatladığını görüb.
Qutunu açanda ordan kəskin qoxu gəldiyini deyən alıcı gördüyü mənzərədən şoka düşüb. Həmin sınmış yumurta o qədər çox saxlanılıb ki, içini və üzərini ağ qurdlar basıb.