Xalq artisti Bilal Əliyevin məclislərin birində meyxana deməsi maraqla qarşılanıb. Üstəlik müğənninin meyxananı mini ətəkdə yanında əyləşən gənc xanıma baxaraq deməsi isə müzakirələrə səbəb olub. Bilal Əliyev yayılan görüntülərlə bağlı Redaktor.az-a danışdı:
“Meyxana bizim folklorumuzdur. Əgər bunu bacarırsansa demək olar, niyə demirsən ki. Mən televiziyada da meyxana demişəm. Yanımda oturan xanım da məclisdə qonaq idi və onun o biri tərəfində də sevgilisi əyləşmişdi. Bir neçə əsər oxuyandan sonra ordakı meyxanaçılar meyxana dedilər və mən də onlara qoşuldum. Xanımın sevgilisi məndən xahiş etdi ki, ona da meyxana deyim. Çünki həmin gün o xanımın da ad günü idi”.