Müğənni Kərim Abbasov toyda döyülməsi ilə bağlı ilk dəfə canlı efirdə geniş açıqlama verib.
Pravda.az xəbər verir ki, bununla bağlı müğənni "Xəzər TV"nin efirində yayımlanan "Xəzər axşamı" verilişində danışıb.
Müğənni Kərim Abbasov toyda döyülməsi ilə bağlı ilk dəfə canlı efirdə geniş açıqlama verib.
Pravda.az xəbər verir ki, bununla bağlı müğənni "Xəzər TV"nin efirində yayımlanan "Xəzər axşamı" verilişində danışıb.
"Kişinin başına iş gələr. Dava, böyük bir söz-söhbət oldu. Düzdür, barmağımdan zədə aldım, indi də qatlaya, aça bilmirəm. Bu yaxınlarda əməliyyata gedirəm. Barmağımı sındırıb, yenidən düzəltməlidirlər. Bu mənim həyatımda bir travma olaraq qaldı. Allahın izni ilə bu da düzələr. Hadisə idi də, alındı. İçki içirsiniz, əcəb edirsiniz, amma qədərində. İçə bilmirsinizsə, içməyin. Belə çıxır ki, bu cür hadisələr hər toyda baş verir. 6 saatlıq toyun içində bir dənə fonoqram oxuyasan və buna görə... Mənim ifa etdiyim toya 3 nəfər "yarımsaatlıq" müğənni gəlmişdi. Xalq artistləri, Əməkdar artistlər. Mən yetim heç olmasa 6 saat canlı oxudum, birini isə fonoqram. Onlar isə hamsını fonoqram oxudular. Hadisəni törədən adamla görüşməmişəm. İş hazırda prokurorluqdadır. Necə məsləhət biləcəklərsə, qanun nəyi tələb edirsə, o da olsun. Vallah, başqa heç nə istəmirəm. Bağışlayıram, niyə bağışlamıram? İnsanlıq halıdır. İçkili olub, onun da ailəsi, uşağı, gözləyəni var. Baxmayaraq ki, qulaq səs aparatım, eynəyim qırıldı, paltarım cırıldı, eybi yox, olsun. Biz musiqiçilər ömür boyu içkililəri yola veririk. Bu, artıq bizim peşəmizə çevrilib. Amma həbs edilmələrini, balaların gözünü yolda qoymaq istəmirəm", - o bildirib.
Aytəkin Qardaşova