Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.
Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.
Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.
