Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Evə sərxoş vəziyyətdə gələn kişi arvadını döydü, məhkəmə cərimələdi

740
Paylaş:
Evə sərxoş vəziyyətdə gələn kişi arvadını döydü, məhkəmə cərimələdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 000 manat məbləğində cərimə cəzasına məhkum olunub.


İttihama görə, hadisə 22 iyul 2024-cü il tarixdə, gecə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, İmran Həsənov evə sərxoş vəziyyətdə gələrkən qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Hicran Səmədova (şərti) ona irad bildirib. O, bundan əsəbiləşib və qadınla mübahisə edib. Bu zaman İmran zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, bel, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə hər iki ayaq nahiyələrinə zərbələr vuraraq, qadının sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra İmran Həsənov saxlanılıb və o, cinayət məsuliyyətinə cəlb edilib.  

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər