Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi tenderlərin qalibinə protokol yazdı

842
Paylaş:
Gömrük Komitəsi tenderlərin qalibinə protokol yazdı

"Solamedical" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd: MMC bir neçə dövlət qurumunun elan etdiyi tenderlərin qalibi olub. 

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər