Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Söyüş söyən azyaşlıya irad bildirdi, burnu sındırıldı - MƏHKƏMƏ

759
Paylaş:
Söyüş söyən azyaşlıya irad bildirdi, burnu sındırıldı -     MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Radmir Əsədli (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.


İttihama görə, hadisə 19 avqust 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri AAAF yaşayış kompleksi 11-ci binanın qarşısında qeydə alınıb.


Belə ki, Radmir Əsədli həmin binada yaşayan zərərçəkmiş Əmrah Quliyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin binanın həyətində olan sakinlərin yanında söyüş söymüş azyaşlı Nihada (şərti) irad bildirməsi olub. Bu zaman o, bir dəfə yumruq zərbəsi ilə Əmrahın sifətindən vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Radmir Əsədli saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər