Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Aptekə girib əczaçıya qarşı cinayət törədən şəxsə hökm oxundu

607
Paylaş:
Aptekə girib əczaçıya qarşı cinayət törədən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Elmar Tahirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə ötən il Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən baytarlıq aptekində qeydə alınıb.


Belə ki, Elmar Tahirov müştəri qismində həmində aptekə daxil olaraq əczaçı-satıcı işləyən zərərçəkmiş Pəri Məmmədovaya (şərti) 150 manat məbləğində xırda pulu dəyişməyi təklif edib. Qadın da razılaşıb piştaxtanın üzərinə 150 manat pul qoyub. Bu zaman Elmar pulu götürərək hadisə yerindən qaçıb.


Hadisədən sonra Elmar Tahirov saxlanılıb və o, cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər